10:03 21-05-2018
news_image
671
DİGƏR NÖVLƏR

Dünya çempionatının qalibi müəyyənləşdi

Kişi xokkeyçilərin Danimarkada keçirilən dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, final görüşündə İsveç və İsveçrə milliləri qarşılaşıblar.

 

Hərəyə iki dəfə fərqlənən komandalar əsas və əlavə vaxtda qalibi müəyyənləşdirə bilməyiblər. Sonda bullitlərdə daha dəqiq olan İsveç millisi xokkey üzrə dünya çempionatının qalibi adını qazanıb.

 

Dünya çempionatı

Final

İsveç - İsveçrə - 3:2 (əsas və əlavə vaxt - 2:2, bullitlər - 2:1)

 

Bürünc medallar isə Kanadanı 4:1 hesabı ilə məğlub edən ABŞ xokkeyçilərinə qismət olub.

 

Qeyd edək ki, 2017-ci ildə keçirilən dünya çempionatında da İsveç yığması qalib olmuşdu.