09:58 22-05-2018
news_image
525
TOP OYUNLARI

NBA: "Klivlend" final seriyasına bərabərlik gətirdi - VİDEO

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, Şərq konfransının final seriyasında dördüncü görüş keçirilib.

 

"Klivlend Kavalyers" "Boston Seltiks"i qəbul edib. İlk periodda əldə etdiyi xal üstünlüyünü sona qədər qoruyub saxlayan ev sahibləri qarşılaşmadan qalib ayrılıb. Beləliklə, "Klivlend" seriya hesabını bərabərləşdirib - 2:2.

 

NBA

Pley-off

Şərq konfransı, final (4-cü oyun)

"Klivlend Kavalyers" - "Boston Seltiks" - 111:102

"Klivlend": Ceyms (44 xal, 5 ribaund, 3 assist, 2 top oğurlama), Tompson (13 xal, 12 ribaund, 2 assist, 2 blok, 1 top oğurlama)

"Boston": Braun (25 xal, 6 ribaund, 2 assist, 2 top oğurlama), Rozye (16 xal, 11 assist, 6 ribaund, 3 top oğurlama)

Seriyada hesab - 2:2