14:37 22-05-2018
news_image
798
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov Levon Aronyanla oynayacaq

Mayın 28-də Stavanqerdə “Altibox Norveç Chess” superturniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, iyunun 8-dək davam edəcək yarışda Azərbaycan Şəhriyar Məmmədyarovla təmsil olunacaq.

 

Turnirdə qrossmeysterimizlə yanaşı, Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ), Levon Aronyan (Ermənistan), Dinq Liren (Çin), Maksim Vaşye-Laqrav (Fransa), Sergey Karyakin (Rusiya) və Vişvanatan Anand (Hindistan) mübarizə aparacaqlar.

 

Mayın 27-də isə şahmatçılar arasında blits turnir təşkil olunacaq.