10:48 23-05-2018
news_image

Venesuela Azərbaycana gələcəyini təsdiqlədi

Sentyabrın 20-27-də Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının ilk iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, hələlik 7 ölkə Azərbaycandakı mundaila qatılacağını təsdiqləyib.

 

Belə ki, Anqola, Belçika, Konqo, Portuqaliya, Serbiya, Venesuela və Zambiya dünya çempionatı üçün qeydiyyatdan keçiblər. Onlar ümumilikdə 39 cüdoçu sifariş ediblər.