01:50 24-05-2018
news_image
990
TOP OYUNLARI

“Azərbaycana qarşı mübarizə apara bildik” - Almeyda

“Komandamız Azərbaycanla oyuna yaxşı başladı. Həm qəbul, həm də blokda yaxşı oyun göstərdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Portuqaliya yığmasının baş məşqçisi Manuel Almeyda deyib.

 

O, Qızıl Avropa Liqasının Azərbaycan millisi ilə görüşü barədə fikirlərini açıqlayıb. Almeyda 1:3 hesablı məğlubiyyətin səbəbini də izah edib: “Lakin oyunun sonrakı hissələrində Azərbaycan daha güclü çıxış etdi. Şadam ki, hər setdə mübarizə apara bildik. Portuqaliya bu matçda uduzdu. Lakin qarşılaşma çox maraqlı alındı. Ümid edirəm ki, belə oyun azarkeşlərin də xoşuna gəldi”.