10:56 24-05-2018
news_image
631
DİGƏR NÖVLƏR

Dünya Kuboku: İdmançımız start xəttinə çıxmadı

Bu gün Almaniyanın Almaniyanın Münhen şəhərində güllə atıcılığı üzrə Dünya Kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, ilk medallar uğrunda yarışlar Azərbaycan millisi üçün uğursuz başlayıb.

 

Belə ki, 10 m və 25 m məsafəyə atəşaçmada mübarizə aparmalı olan Nigar Nəsirova hədəf önünə keçməyib. Nəticədə start xəttinə çıxmayan həmyerlimiz Dünya Kubokundan kənar qalıb.

 

Qeyd edək ki, yığmamız yarış üçün Nəsibova ilə yanaşı, Jalə Bayramova və Ruslan Lunyovu sifariş edib.