14:32 03-06-2008
news_image
497
DİGƏR NÖVLƏR

Karyerasını dörd il əvvəl başa vuran Azərbaycan boksçusu Avropanın reytinq cədvəlində irəliləyib

Bakı. Kənan Həsənov - APA-Sport. Avropa Həvəskar Boks Assosiasiyası yeni reytinq cədvəlini dərc edib. “APA-Sport” agentliyinin məlumatına görə, 11 çəki dərəcəsi üzrə açıqlanan siyahıda 20 ən güclü boksçu yer alıb. Azərbaycan milli komandasının üzvləri cəmi üç çəkidə təmsil olunmayıblar. Ən aşağı çəkidə (48 kq) Ceyhun Abıyev 20-ci pillədəki mövqeyini qoruyub. 51 kq çəki dərəcəsində Afina Olimpiadasının bürünc mükafatçısı, karyerasını başa vuran Fuad Aslanov iki pillə irəliləyərək 3-cü sıraya yüksəlib. Pekin Olimpiadasına lisenziya qazanan Samir Məmmədov (54 kq) isə bir pillə geriləməklə 3-cü olub. Bu çəkidə yeganə dünya çempionumuz Ağası Məmmədov 9-cu sıradakı yerini qoruyub. Pekin Olimpiadasına vəsiqə qazanan sonuncu boksçumuz Şahin İmranovun da mövqeyində dəyişiklik qeydə alınıb. Bir pillə irəliləyən yığmanın kapitanı 57 kq çəki dərəcəsində 7-cıdır. Bir pillə geriləyən Romal Amanov (60 kq) 16-cı, iki pillə geriləyən Fərhad Acalov (64 kq) 19-cu yeri tutub. Milli komandamızın digər üzvlərindən Rahib Bəylərov (75 kq) 6-cı pilləni 8-ciyə dəyişib dəyişib. Elçin Əlizadə (91 kq) isə 5-ci pilədəki yerini qoruyub. Boksçularımız 69, 81 və +91 kq çəki dərəcələri üzrə açıqlanan siyahıda yer almayıblar.