15:21 24-05-2018
news_image
551
DİGƏR NÖVLƏR

Dünya Kuboku: İdmançımız mübarizəyə niyə qoşulmayıb?

Azərbaycan millisinin güllə atıcısı Nigar Nəsirovanın Almaniyanın Münhen şəhərində keçirilən Dünya Kubokunda starta çıxmamasının səbəbi müəyyənləşib. Yığmamızın baş məşqçisi İradə Aşumovanın apasport.az saytına verdiyi məlumata görə, komandamızın son anda yarışa getməsi təxirə salınıb.

 

Belə ki, Nəsirova ilə yanaşı, Jalə Bayramova və Ruslan Lunyov Dünya Kuboku üçün sifariş edilib. Hətta onların hədəf önünə neçənci çıxacağı da dəqiqləşib. Lakin sonradan komandamızın səfəri baş tutmayıb: “Biz ilin ilk 2 Dünya Kubokunu buraxdıqdan sonra Münhenə yollanmalıydıq. Lakin maliyyə vəsaitinin ayrılmaması səbəbindən Almaniyaya yollana bilmədik”.