09:44 25-05-2018
news_image
421
TOP OYUNLARI

"Hyuston" NBA finalının bir addımlığında - VİDEO

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, Qərb konfransının final seriyasında 5-ci oyun keçirilib.

 

"Hyuston Rokets" "Qolden Steyt Vorriors"u qəbul edib. Üstünlüyün bir o, bir bu komandanın tərəfinə keçdiyi görüşdən son dəqiqələri daha yaxşı oynayan "Hyuston" qalib ayrılıb. 24 xal toplayan Erik Qordon komandasının qələbəsində böyük pay sahibi olub. Oyuna pis başlamasına baxmayaraq, sonradan toparlanan Kris Pol isə həlledici anlarda ön plana çıxıb.

 

Beləliklə, "Hyuston" seriya hesabında önə keçib - 3:2.

 

NBA

Pley-off

Qərb konfransı, final seriyası (5-ci oyun)

"Hyuston Rokets" - "Qolden Steyt Vorriors" - 98:94

"Hyuston": Qordon (24 xal, 4 ribaund, 1 assist, 2 top oğurlama, 1 blok), Pol (20 xal, 7 ribaund, 6 assist, 3 top oğurlama)

"Qolden Steyt": Durant (29 xal, 4 ribaund, 1 blok), Tompson (23 xal, 4 ribaund, 1 assist), Körri (22 xal, 7 ribaund, 6 assist, 4 top oğurlama)

Seriyada hesab - 3:2 ("Hyuston")