14:13 25-05-2018
news_image
573
TOP OYUNLARI

Zirvə görüşü - AFİŞA

Sabah qadın voleybolçular arasında Qızıl Avropa Liqasında I dövrəyə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan Azərbaycan millisi III turun qarşılaşmasını səfərdə keçirəcək.

 

Faiq Qarayevin yetirmələri Bolqarıstan yığmasının qonağı olacaqlar. İlk 2 matçı evdə keçirən və qalib gələn komandamızın bu sınağı heç də asan alınmayacaq. Çünki son matçlarda balkanlılarla duellərimiz heçə də tam üstünlüyümüzlə keçmir. Amma oyundan-oyuna artıran yığmamızın səfərdən qələbə ilə dönəcəyi proqnozlaşdırılır. Çünki bolqarla oyun voleybolçularımız üçün xüsusi əhəmiyyət kəsb edir. Set fərqinə görə rəqibindən geri qalan komandamız qalib gələcəyi halda qrupda vahid liderə çevriləcək.

 

Yığmamız kimi, Bolqarıstanın da qələbə üçün meydana çıxacağı gözləniləndi. Çünki birinci pillədə qərarlaşan komanda mövqeyini möhkəmlətməyə çalışacaq. Həmçinin onlar Azərbaycanla ikinci matçı Bakıda keçirəcəklərindən ev oyununda maksimum nəticə qazanmağa çalışacaqlar. Bu səbəblərdə matçın tay-brekə kimi uzanması da istisna deyil.

 

Qrupumuzun digər görüşündə isə Portuqaliya Ukraynanı qəbul edəcək. Bu dueldə qalib gələcək yığma 3-cü yerin sahibinə çevriləcək. Oyun mayın 27-də olacaq.

 

 

Qızıl Avropa Liqası

A qrupu

III tur

26 may

18:00. Bolqarıstan - Azərbaycan

Hakimlər: Aleksandros Milonakis (Yunanıstan), Çavdar Marev (Bolqarıstan)

Sofiya, Xristo Botev Sarayı

 

Azərbaycan: 18. Şəfaqət Alışanova, 2. Yana Əzimova, 14. Kristina Yaqubova, 15.Aynur İmanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 7. Olena Həsənova, 5. Odina Bayramova, 8. Yelizaveta Səmədova, 11. Katerina Jidkova, 20. Marqarita Əzizova, 1. Ceyran İmanova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova.

 

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Bolqarıstan

2

2

0

6-1

182-137

6

2

Azərbaycan

2

2

0

6-2

193-175

6

3

Ukrayna

2

0

2

2-6

180-201

0

4

Portuqaliya

2

0

2

1-6

132-174

0