22:13 27-05-2018
news_image
648
TOP OYUNLARI

Rəqiblərimizin oyunun qonaqlar sevindi

Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında I dövrəyə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan Azərbaycan millisinin yer aldığı A qrupunda 1 matç baş tutub.

 

İlk iki turda uduzan Ukrayna və Portuqaliya III turda üz-üzə gəlib. Sonuncuların meydanında baş tutan qarşılaşmada qonaqlar sevinib.

 

Ukraynalılar yalnız ilk setdə müqavimətlə üzləşib və yekunda 3:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, bir gün öncə qrupun liderlərinin dueli baş tutub. Yığmamız səfərdə Bolqarıstana 1:3 hesabı ilə uduzub.

  

Qızıl Avropa Liqası

A qrupu

III tur

26 may

Bolqarıstan - Azərbaycan - 3:1 (17:25, 25:17, 25:14, 25:21)

27 may

Portuqaliya – Ukrayna – 0:3 (22:25, 14:25, 13:25)

  

N

Ölkə

O

Q

M

S

T

X

1

Bolqarıstan

3

3

0

9-2

274-214

9

2

Azərbaycan

3

2

1

7-5

270-259

6

3

Ukrayna

3

1

2

5-6

255-250

3

4

Portuqaliya

3

0

3

1-9

173-249

0