10:29 04-06-2008
news_image
469
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı Xorvatiyada keçiriləcək beynəlxalq turnirə qatılacaq

Bakı. Kənan Həsənov - APA-Sport. İyunun 21-də Xorvatiyanın Pula şəhərində beynəlxalq şahmat turniri start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, 22-ci dəfə təşkil olunacaq yarışda 19 ölkədən 179 şahmatçının iştirak edəcəyi təsdiqlənib. İsveçrə sistemi ilə keçiriləcək və 9 turdan ibarət yarışda Azərbaycan şahmatçısı Asif Həsənov da mübarizə aparacaq. Turnirin mükafatçıları iyunun 28-də müəyyənləşəcək.