14:09 28-05-2018
news_image
476
DİGƏR NÖVLƏR

Gimnastlarımız Budapeştdən 8 medalla qayıdır

Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə idman gimnastları arasında keçirilən beynəlxalq turnir başa çatıb. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamız yarışda 8 medala sahib olub.

 

Belə ki, komandamızın hesabına ən çox medalı Səməd Məmmədli yazdırıb. O, dəstəli at üzərində çıxışlarına görə qızıl, dayaqlı tullanmada gümüş, parallel qollarda bürünc medala yiyələnib. Daha bir bürünc medalı isə gimnastımız çoxnövçülükdə qazanıb.

 

Növbəti qızıl medalı aktivimizə Cavidan Babayev əlavə edib. O, halqalarda çıxışını birinci yerdə başa vurub.

 

Digər idmançımız Ramin Dəmirov halqalarda gümüş, çoxnövçülükdə bürünc medalla mükafatlandırılıb. Ağamurad Qəhrəmanovun turnikdəki çıxışı isə onu fəxri kürsünün ikinci pilləsinə yüksəldib.