09:27 29-05-2018
news_image
582
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov superturnirə heç-heçə ilə başladı

Stavanqerdə “Altibox Norveç Chess” superturnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk turunda Şəhriyar Məmmədyarov Maksim Vaşye-Laqravla qarşılaşıb.

 

“Ağlar”la oynayan həmyerlimiz fransalı qrossmeysterlə heç-heçə oynayıb. Turun maraqlı görüşü isə şahmat tacı uğrunda görüşdə üz-üzə gələcək Maqnus Karlsenlə Fabiano Karuananın dueli olub. Norveçli rəqibini mat edib.

 

Məmmədyarov II turda Karuana ilə qarşılaşacaq.

 

I tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Maksim Vaşye-Laqrav (Fransa) – 0,5:0,5

Maqnus Karlsen (Norveç) - Fabiano Karuana (ABŞ) – 1:0

Hikaru Nakamura (ABŞ) - Dinq Liren (Çin) – 0,5:0,5

Uesli So (ABŞ) - Sergey Karyakin (Rusiya) – 0,5:0,5

Vişvanatan Anand (Hindistan) - Levon Aronyan (Ermənistan) – 0,5:0,5