
Milli Basketbol Assosiasiyasının çempionatında (NBA) Qərb konfransının çempionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, final seriyasının 7-ci oyununda "Hyuston Rokets" "Qolden Steyt Vorriors"u qəbul edib.
İlk yarını 11 xal geridə bitirməsinə baxmayaraq, 3-cü periodda əldə etdiyi üstünlüyü sona qədər qoruyub saxlayan "Qolden Steyt" görüşdən 101:92 hesabı ilə qalib ayrılaraq, ardıcıl 4-cü dəfə Qərb konfransının çempionu olub.
NBA
Pley-off
Qərb konfransı, final seriyası (7-ci oyun)
"Hyuston Rokets" - "Qolden Steyt Vorriors" - 92:101
"Hyuston": Harden (32 xal, 6 ribaund, 6 assist, 4 top oğurlama, 1 blok), Qordon (23 xal, 6 assist, 3 ribaund, 1 top oğurlama, 1 blok)
"Qolden Steyt": Durant (34 xal, 5 ribaund, 5 assist, 3 blok, 1 top oğurlama), Körri (27 xal, 10 assist, 9 ribaund, 4 top oğurlama, 1 blok)
Seriya hesabı - 4:3 ("Qolden Steyt" NBA finalında)
Oyunun gedişində ardıcıl 27 üçlük qaçıran "Hyuston Rokets" bu mənada NBA-da antirekord müəyyənləşdirib.
"Klivlend Kavalyers" və "Qolden Steyt Vorriors" komandalarının üz-üzə gələcəyi NBA final seriyasına mayın 31-dən iyunun 1-nə keçən gecə start veriləcək.