10:51 29-05-2018
news_image
723
TOP OYUNLARI

Faiq Qarayev Türkiyədə müalicə olunur

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında Bolqarıstanla cavab oyununa Faiq Qarayevsiz çıxa bilər. Apasport.az Voleybol Federasiyasının feysbuk səhifəsinə istinadən məlumat verir ki, bolqarlarla Sofiyada baş tutan matçda halı pisləşən yığmamızın baş məşqçisi hazırda İstanbulda "Acıbadem" xəstəxanasında müalicəsini davam etdirir.

 

Mayın 30-da keçiriləcək cavab görüşündə onun komandayla birgə olub-olmayacağı hələ ki bilinmir.