12:09 29-05-2018
news_image
625
DİGƏR NÖVLƏR

APA TV-nin 5 yaşı tamam olur

“APA Holding”in tərkibinə daxil olan, Azərbaycanın internet məkanında özünəməxsus yeri olan APA TV-nin efirə başlamasından 5 il keçir. Apasport.az saytının məlumatına görə, APA TV 2013-cü il mayın 29-da internet üzərindən canlı yayıma başlayıb.

 

APA TV gündə 14 saat canlı yayımlanır, xəbərlər, ictimai-siyasi, iqtisadi, sosial, dini, mədəni mövzulara həsr olunmuş verilişləri tamaşaçılara təqdim edir.

 

Analoq televiziya formatında fəaliyyət göstərən APA TV Azərbaycanın internet məkanında geniş auditoriyaya sahibdir.

 

Kanalın bölgələrdə və ölkə hüdudlarından kənarda müxbir postları fəaliyyət göstərir.

 

5 yaşın mübarək, APA TV!