14:01 29-05-2018
news_image
1017
TOP OYUNLARI

Millimizin revanş şansı – AFİŞA

Sabah qadın voleybolçular arasında Qızıl Avropa Liqasında II dövrəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi IV turda Bolqarıstanı qəbul edəcək.

 

Qrupda son ev qarşılaşmamız yığmamız üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki komandamız səfərdəki 1:3 hesablı məğlubiyyətin revanşını ala bilməsə, liderlik şansından demək olar ki, çəkiləcək. Bu da voleybolçularımıza növbəti mərhələyə keçmək yolunda böyük əngəl ola bilər.

 

Bu səbəbdən komandanın sonadək döyüşəcəyini proqnozlaşdırmaq mümkündü. Həm də yığmamız qələbə sayəsində Türkiyədə müalicə olunan Faiq Qarayevi sevindirəcək. Millimizi isə bəzi matçlardan olduğu kimi Famil Ağayevin meydana çıxaracağı gözlənilir.

 

Bolqarıstan yığması da Bakıya qələbə ardınca gəlib. Onlar da burda qazanacaqları xallar hesabına liderliklərini davam etdirmək arzusundadılar. Komanda hətta səfərə çıxmazdan öncə hədəfin 3 xal olduğunu açıqlayıb. Bütün bu səbəblərə görə görüşün gərgin keçəcəyi sözsüzdü. Amma doğma divarlar arasında rəqiblərinə xal verməyən komandamızın “quru hesabla” qalib gəlməsi də istisna deyil.  

 

Qrupumuzun digər görüşündə isə Ukrayna Portuqaliyanı qəbul edəcək. Bu matçda da ev sahiblərinin qələbə qazanacaqları gözlənilir.

 

 

Qızıl Avropa Liqası

A qrupu

IV tur

30 may

18:00. Azərbaycan - Bolqarıstan

Hakimlər: Kristian Volf  (İsveçrə), Eldar Zülfüqarov (Azərbaycan)

Bakı, Voleybol Mərkəzi

 

Azərbaycan: 18. Şəfaqət Alışanova, 2. Yana Əzimova, 14. Kristina Yaqubova, 15.Aynur İmanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 7. Olena Həsənova, 5. Odina Bayramova, 8. Yelizaveta Səmədova, 11. Katerina Jidkova, 20. Marqarita Əzizova, 1. Ceyran İmanova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova.

 

Bolqarıstan: 7. Lora Kitipova, 8. Petya Barakova, 2. Nasya Dimitrova, 11. Xristina Ruseva, 10. Mira Todorova, 17. Borislava Saykova, 12. Mariya Karakaşeva, 1. Qerqana Dimitrova, 19. Aleksandra Milanova, 18. Silvana Çauşeva, 9. Monika Krsteva, 4. Veselina Qriqorova, 15. Jana Todorova, 3. Kristiana Petrova.

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Bolqarıstan

3

3

0

9-2

274-214

9

2

Azərbaycan

3

2

1

7-5

270-259

6

3

Ukrayna

3

1

2

5-6

255-250

3

4

Portuqaliya

3

0

3

1-9

173-249

0