19:54 30-05-2018
news_image
7005
TOP OYUNLARI

Millimiz Bolqarıstana qalib gəldi - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında II dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi IV turda Bolqarıstanı qəbul edib.

 

Qrupda son ev qarşılaşması yığmamız üçün xüsusi əhəmiyyətli idi. Çünki komandamız səfərdəki 1:3 hesablı məğlubiyyətin revanşını ala bilməsə, liderlik şansından, demək olar ki, çəkiləcəkdi. Bu da voleybolçularımıza növbəti mərhələyə keçmək yolunda böyük əngəl ola bilərdi.

 

Amma Faiq Qarayevin yetirmələri buna imkan verməyib. Rəqibi qarşısında üstün oyun sərgiləyən komandamız 3:1 hesablı qələbə ilə səfərdəki məğlubiyyətin revanşını alıb. 

 

Qeyd edək ki, qrupdakı digər oyunda Ukrayna Portuqaliyaya qalib gəlib - 3:1.

 

 

Qızıl Avropa Liqası

A qrupu

IV tur

 

30 may

Azərbaycan - Bolqarıstan - 3:1 (25:20, 23:25, 25:21, 25:21)

Hakimlər: Kristian Volf  (İsveçrə), Eldar Zülfüqarov (Azərbaycan)

Bakı, Voleybol Mərkəzi

Azərbaycan: 18. Şəfaqət Alışanova, 2. Yana Əzimova, 14. Kristina Yaqubova, 15.Aynur İmanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 7. Olena Həsənova, 5. Odina Bayramova, 8. Yelizaveta Səmədova, 11. Katerina Jidkova, 20. Marqarita Əzizova, 1. Ceyran İmanova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova.

Bolqarıstan: 7. Lora Kitipova, 8. Petya Barakova, 2. Nasya Dimitrova, 11. Xristina Ruseva, 10. Mira Todorova, 17. Borislava Saykova, 12. Mariya Karakaşeva, 1. Qerqana Dimitrova, 19. Aleksandra Milanova, 18. Silvana Çauşeva, 9. Monika Krsteva, 4. Veselina Qriqorova, 15. Jana Todorova, 3. Kristiana Petrova.

 

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Bolqarıstan

4

3

1

10-5

361-312

9

2

Azərbaycan

4

3

1

10-6

368-346

9

3

Ukrayna

4

2

2

8-7

351-336

6

4

Portuqaliya

4

0

4

2-12

259-345

0