09:20 30-05-2018
news_image
530
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov yenə heç-heçə oynadı

Stavanqerdə “Altibox Norway Chess” superturniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışın II turunda Şəhriyar Məmmədyarov Fabiano Karuana ilə qarşılaşıb.

 

“Qaralar”la oynayan həmyerlimiz bu dəfə də heç-heçə ilə kifayətlənib. Maraqlıdı ki, turun digər qarşılaşmalarında da eyni nəticə qeydə alınıb. Bütün şahmatçılar 0,5 xalla kifayətləniblər.

 

Məmmədyarov III turda Sergey Karyakinlə qarşılaşacaq.

 

II tur

Fabiano Karuana (ABŞ) – Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5

Dinq Liren (Çin) – Maksim Vaşye-Laqrav (Fransa) – 0,5:0,5

Sergey Karyakin (Rusiya) – Maqnus Karlsen (Norveç) - 0,5:0,5

Levon Aronyan (Ermənistan) – Uesli So (ABŞ) - 0,5:0,5

Hikaru Nakamura (ABŞ) - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5

 

Turnir cədvəli: Karlsen – 1,5 xal; Məmmədyarov, Vaşye-Laqrav, Nakamura, Liren, So, Karyakin, Anand, Aronyan – hamısı 1, Karuana – 0,5.