09:52 30-05-2018
news_image
408
TOP OYUNLARI

“Bolqarıstanla oyun bizim üçün finala bərabərdi” - yığmamızın məşqçisi

“Qrup birinciliyi uğrunda mübarizə davam edir. Biz Bolqarıstanla səfər qarşılaşmasında məğlub olduq və yenidən diqqətimiz onlarla matça yönəltmişik”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Famil Ağayev deyib.

 

Gənc mütəxəssis Qızıl Avropa Liqasının IV turu çərçivəsində Bolqarıstanla keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Ağayev bildirib ki, bu gün Bakıda baş tutacaq matçda səfərdəki 1:3 hesablı məğlubiyyətin revanşını almaq arzusundadılar: “Bu dəfə evdə oynayacağıq. Bu bizim üçün finala bərabər olacaq. Çünki biz hələ də birinci yer uğrunda mübarizə aparırıq. Bu səbəbdən də qrupdakı son ev matçımızda qələbə qazanmalıyıq”.

 

Qeyd edək ki, Azərbaycan – Bolqarıstan görüşü saat 18:00-da başlayacaq.