11:24 30-05-2018
news_image
904
TOP OYUNLARI

“Azərbaycana yenə qalib gələcəyik” – baş məşqçi

“Yenidən Azərbaycanla qarşılaşacağıq. Onlar yaxşı komanda olduğundan matç çətin keçəcək”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Bolqarıstan millisinin baş məşqçisi İvan Petkov deyib.

 

Qızıl Avropa Liqasının IV turunda Azərbaycanla oyun öncəsi fikirlərini açıqlayan Petkov bildirib ki, Sofiyada baş tutan qarşılaşmada 3:1 hesablı qələbənin təsadüfi olmadığını sübut etməyə çalışacaqlar: “Komandama inanıram. Ümid edirəm ki, yenə də qalib gələcəyik və bu, ardıcıl dördüncü qələbəmiz olacaq. Görüş qrup liderliyi baxımından da böyük əhəmiyyət kəsb edir. Çalışmalıyıq ki, Azərbaycanla ilk görüşdəki qələbənin davamını gətirək. Bunun üçün isə hər şeyi edəcəyik. Komandamızda da əhval-ruhiyyə yüksək səviyyədədi”.

 

I dövrədə qarşıya qoyulan vəzifənin öhdəsindən gəldiklərini açıqlayan Petkov “Dördlər finalı”na yüksələcəklərinə də inam ifadə edib: “Azərbaycanla matçda da özümüzə inanırıq. Məqsədimiz uğurlu seriyanı davam etdirməkdi”.

 

Qeyd edək ki, Azərbaycan – Bolqarıstan matçı bu gün olacaq.