00:25 31-05-2018
news_image
1033
TOP OYUNLARI

“Bədbəxtlikdən uduzduq” – Bolqarıstan millisinin baş məşqçisi

“Çox çətin oyun oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadınlardan ibarət voleybol üzrə Bolqarıstan yığmasının baş məşqçisi İvan Petkov deyib.

 

Qızıl Avropa Liqasının IV turunda millimizlə qarşılaşan bolqarlar 1:3 hesablı məğlubiyyətə üzülüb.

 

Matçdan sonra açıqlama verən Petkov oyunu belə şərh edib: “İlk seti uduzduqdan sonra vəziyyətdən çıxış yolu tapmağa çalışdıq. İkinci seti qazandıqdan sonra qələbə şansımız artdı. Ancaq bədbəxtlikdən biz uduzduq. Bununla belə, liderliyimizi davam etdiririk. Növbəti matça hazırlaşacağıq”.