09:37 31-05-2018
news_image
768
TOP OYUNLARI

Qızıl Avropa Liqası: Jidkova mövqeyini qorudu, Həsənova 2-ci yerə yüksəldi

Qızıl Avropa Liqasında IV turun yekununa əsasən statistik göstəricilər açıqlanıb. Apasport.az saytının məlumatına görə, 4 matçdan sonra “Top-10”da Azərbaycan millisinin 4 oyunçusu yer alıb.

 

Belə ki, bombardirlik yarışında Katerina Jidkova 5-ci pillədəki mövqeyini qoruyub. O, 16 setə 67 xal toplayıb. Təmsilçimiz birinci yerin sahibi Samanta Fabrisdən (Xorvatiya) 20 xal geri qalır. Bu siyahıda Yelizaveta Səmədova 9-cu pilləyə qalxıb. Hücumçumuz 61 xal yığıb.

 

Blokçuların mübarizəsində isə Olena Həsənova ikinci yeri ələ keçirib. Bolqarıstanla son matçda 8 dəfə rəqib hücumunun qarşısını alan təmsilçimiz ümumi xallarının sayını 25-ə çatdırıb. Ondan 5 xal geri qalan Aynur İmanova isə 3-cü yerdədi. Bu siyahıda birinci olan Xristina Ruseva (Bolqarıstan) 25 xala malikdi.