14:27 31-05-2018
news_image
778
TOP OYUNLARI

Portuqaliya – Azərbaycan görüşü ispana tapşırıldı

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasının qrup mərhələsini V turunu idarə edəcək hakimlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyunun 2-də olacaq Portuqaliya – Azərbaycan qarşılaşmasının referiləri də müəyyənləşib.

 

Belə ki, Matozinyuş şəhərinin İdman və Konqres Mərkəzində baş tutacaq görüşdə əsas hakim Xose Luis Arrarte Mira (İspaniya) olacaq. Ona köməkliyi isə Pedro Pinto Lopes (Portuqaliya) edəcək.

 

Qeyd edək ki, matç saat 18:00-da start götürəcək.