22:31 31-05-2018
news_image
1002
TOP OYUNLARI

Qıtə çempionunun oyununda 5 qol - VİDEO

DÇ-2018-in final mərhələsindən kənar qalan Rumıniya və Çili milli komandaları yoxlama oyunu keçiriblər. Apasport.az saytının məlumatına görə, məhsuldar keçən görüşdə 5 qol vurulub.

 

Rumıniyalılar Cənubi Amerika çempionunu 3:2 hesabı ilə məğlub edə biliblər. Düzdü, Stankunun 14-cü dəqiqədə hesabı açmasından sonra cənubi amerikalılar 2 dəfə fərqlənə bilib. Maripan 32-ci, Reyes 52-ci dəqiqədə avropalıları məyus edib.

 

Amma 66-cı dəqiqədə Deak status-kvonu bərpa edib. Final fitindən 6 dəqiqə öncə isə Budesku ruminiyalılara qələbə qazandıran qola imza atıb.