01:41 01-06-2018
news_image
1071
FUTBOL

Hollandiya məğlubiyyətdən qaçdı

Son seçmə mərhələlərin ən böyük uğursuzu Hollandiya yığması yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, “narıncılar” Slovakiya ilə matçda qüvvəsini sınayıb.

 

Hollandiya millisi qarşılaşmada erkən qola üzülüb. Adam Nemes 9-cu dəqiqədə fərqlənib.

 

“Zanbaqlar ölkəsi” təmsilçisi məğlubiyyətdən ikinci hissədə qurtulub. Kuinsi Promesin 59-cu dəqiqədəki qolu hesabda tarazlıq yaradıb – 1:1.