09:39 01-06-2018
news_image
1800
TOP OYUNLARI

Yığmamızdan biabırçı göstərici: Qrup sonuncusu olduq

Bosniya və Herseqovinada qadın həndbolçular arasında “Çelenc Trofi”də qrup mərhələsinin oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, ilk 2 turda cəmi 1 xal qazanan Azərbaycan yığması son matçını Böyük Britaniyaya qarşı keçirib.

 

2000-2001 təvəllüdlü idmançılardan təşkil olunan komandamız bu dəfə də meydandan qələbəsiz ayrılıb. Həndbolçularımız bu dəfə Böyük Britaniyanı sevindiriblər. Belə ki, yığmamız ilk hissədə 15:10 hesabı ilə irəlidə olsa da, yekunda 28:29 hesabı ilə uduzublar.

 

Yer aldığımız B qrupunun digər matçında isə turnirə ev sahibliyi edən Bosniya və Herseqovina Lüksemburqu sınağa çəkib. Matç birincilərin asan qələbəsi ilə yekunlaşıb.

 

B qrupu

III tur

Azərbaycan – Böyük Britaniya – 28:29 (15:10)

Bosniya və Herseqovina - Lüksemburq – 39:14 (18:11)

 

N

Ölkə

O

Q

H

M

T

X

1

Bosniya və H.

3

3

0

0

107-50

6

2

Lüksemburq

3

1

1

1

69-86

3

3

B. Britaniya

3

1

0

2

71-90

2

4

Azərbaycan

3

0

1

2

71-90

1

 

Yığmamız qrup sonuncusu olsa da, yarışla vidalaşmayıb. Vladimir Korotkinin başçılıq etdiyi komanda 5-8-ci yerlər uğrunda oynayacaq. Təmsilçimizin təsəlliverici matçda ilk rəqibi A qrupunun üçüncüsü Moldova olacaq. Digər cütdə isə Böyük Britaniya Kipri sınağa çəkəcək.

 

Yarımfinala gəlincə, Belçika Lüksemburqla, Bosniya və Herseqovina Estoniya ilə qüvvəsini sınayacaq.