09:45 01-06-2018
news_image
517
TOP OYUNLARI

NBA: "Qolden Steyt" final seriyasına qələbə ilə başladı - VİDEO

Milli Basketbol Assosasiyasının (NBA) çempionatında final seriyasına start verilib. Apasport.az saytının məlumatına görə, “Qolden Steyt Vorriors” “Klivlend Kavalyers”i qəbul edib.

 

Gərgin mübarizə şəraitində keçən görüşün qalibi overtaymda müəyyənləşib. Həlledici periodda üstün olan “Qolden Steyt” seriya hesabında önə keçib.

 

“Klivlend”in heyətində Lebron Ceymsin 51 xal, 8 ribaund, 8 assist, 1 top oğurlama, 1 blokla oynaması qələbə üçün yetərli olmayıb.

 

NBA

Final seriyası

“Qolden Steyt Vorriors” – “Klivlend Kavalyers” – 124:114 (overtaym)

“Qolden Steyt”: Körri (29 xal, 9 assist, 6 ribaund, 1 top oğurlama), Durant (26 xal, 9 ribaund, 6 assist, 3 blok, 1 top oğurlama)

“Klivlend”: Ceyms (51 xal, 8 ribaund, 8 assist, 1 top oğurlama, 1 blok), Lav (21 xal, 13 ribaund, 1 assist)

Seriyada hesab – 1:0 (“Qolden Steyt”)

 

Final seriyasının ikinci görüşü iyunun 3-dən 4-nə keçən gecə oynanılacaq.