18:03 01-06-2018
news_image
1021
TOP OYUNLARI

Yığmamız Portuqaliyada vahid liderə çevrilə bilər - AFİŞA

Sabah qadın voleybolçular arasında Qızıl Avropa Liqasında növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi V turun qarşılaşmasına səfərdə çıxacaq.

 

Komandamızın rəqibi Portuqaliya voleybolçuları olacaq. Matozinyuşda baş tutacaq qarşılaşmanın çətin keçəcəyi gözləniləndi. Çünki rəqib hələ xal qazanmadığından sonadək döyüşəcək. Onlar ən azı Bakıdakı kimi 1 setdə də olsa belə sevinc yaşamaq arzusundadılar.

 

Lakin təmsilçimizin buna imkan verəcəyi inandırıcı görünmür. Komandamız portuqaliyalıları "quru hesab"la məğlub etməyə çalışacaq ki, yekunda set fərqində əleyhimizə işləməsin. Həmçinin yığmamız hesabat turunda güclü Bolqarıstana qalib gəldiyindən düşərgədə yüksək əhval-ruhiyyə var. Buna görə də qələbəni asan qazanacağımızı proqnozlaşdırmaq mümkündü. Komandamızı isə bolqarlarla görüşdəki kimi, meydana yenə Famil Ağayev çıxaracaq. Müalicə olunan Faiq Qarayev səhhəti ilə bağlı səfərə yollana bilməyib.  

 

Qrupumuzun digər oyununda isə Ukrayna Bolqarıstanı qəbul edəcək. Bu görüşdə qonaqlar xal itirəcəyi, Azərbaycan isə Portuqaliyaya 3:0 və ya 3:1 hesabı ilə qalib gələcəyi halda, komandamız vahid lider olacaq. Yaxud bolqarlar 3:1, Ağayevin yetirmələri 3:0 hesabı ilə qələbə qazanarsalarsa, top fərqinə görə birinci yerə yüksələ bilərik.

 

Qızıl Avropa Liqası

A qrupu

V tur

 

2 iyun

18:00. Portuqaliya - Azərbaycan

Hakimlər: Xose Luis Arrarte Mira (İspaniya), Pedro Pinto Lopes (Portuqaliya)

Matozinyuş, İdman və Konqres Mərkəzi

 

Portuqaliya: 5. Eliana Durao, 8. Vanessa Rodriques, 2. Eduardo Duarte, 7. Nuria Silva, 9. Neusa Neto, 1. Fabiola Qomes, 17. Barbara Qomes, 10. Marta Hürst, 15. Yuliya Kavalenka, 6. Maria Maio, 12. Juliana Rosas, 11. Yoana Resende.

 

Azərbaycan: 18. Şəfaqət Alışanova, 2. Yana Əzimova, 14. Kristina Yaqubova, 15. Aynur İmanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 7. Olena Həsənova, 5. Odina Bayramova, 8. Yelizaveta Səmədova, 11. Katerina Jidkova, 20. Marqarita Əzizova, 1. Ceyran İmanova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova.

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Bolqarıstan

4

3

1

10-5

361-312

9

2

Azərbaycan

4

3

1

10-6

368-346

9

3

Ukrayna

4

2

2

8-7

351-336

6

4

Portuqaliya

4

0

4

2-12

259-345

0