18:20 04-06-2008
news_image
544
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçıları sabah Avropa çempionatında mübarizəyə başlayacaqlar

Bakı. Kənan Həsənov - APA-Sport. Sabah Gürcüstanın Batumi şəhərində 8 yaşadək oğlan və qız şahmatçılar arasında Avropa çempionatı start götürəcək. “APA-Sport” agentliyinin Azərbaycan Şahmat Federasiyasının mətbuat katibi Tural Baxışova istinadən verdiyi məlumata görə, yarışda ölkəmizi 8 idmançı təmsil edəcək. Oğlanların birinciliyində Çingiz Məhərrəmli, Şəmşəd Axundov, Abdulla Qədimli, Ağəli Hüseynzadə, Ayxan Musazadə və İlyas Həsənli mübarizə aparacaq. Qızlar arasında isə Xanım Balacayeva və Günay Məmmədzadə iştirak edəcək. İsveçrə sistemi ilə keçirilən və 9 turdan ibarət olan Avropa çempionatı iyunun 14-də başa çatacaq.