01:00 02-06-2018
news_image
1460
FUTBOL

Fransa İtaliyanı 3 qolla üstələdi - VİDEO

Dünya çempionatına hazırlığını davam etdirən Fransa millisi İtaliya ilə yoldaşlıq görüşü keçirib. Nitsada baş tutan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə nəticələnib.

 

Samuel Umtiti (8-ci dəqiqə), Antuan Qrizmann (29 (pen.)) və Usman Dembelenin (63) qollarına “Skuadra Adzurra” yalnız Leonardo Bonuççinin (36) təsəlli topu ilə qarşılıq verə biliblər.

 

Qeyd edək ki, dünya çempionatının favoritləri arasında göstərilən Fransa yığması Avstraliya, Peru və Danimarka ilə C qrupunda mübarizə aparacaq.