21:54 02-06-2018
news_image
614
FUTBOL

Üç oyunçu eyni xal toplasa da, ən yaxşı Odina oldu

Qızıl Avropa Liqasının V turunun Portuqaliya – Azərbaycan matçının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Matozinyuşda keçirilən matç 97 dəqiqə davam edib.

 

Millimizin 3:1 (25:20, 26:28, 25:11, 25:15) hesabı ilə qalib gəldiyi matçın ən yaxşısı Odina Bayramova olub. Kapitan qələbəyə 16 xalla töhvə verib.

 

Komandamızın digər üzvü Yelizaveta Səmədova da o qədər xal toplayıb.

 

Odina ən çox hücum xalı toplayan voleybolçu kimi də fərqlənib. Bayramova rəqibi 13 dəfə hücumda məyus edib.

 

Matçın ən yaxşı qəbuledicisi Yelizaveta Səmədova (60%), ən yaxşı blokçusu isə portuqaliyalı Vanessa Rodrigez olub (4 blok).

 

Portuqaliyanın heyətində Yuliya Kavalenka 16 xalla komandasının ən məhsuldar oyunçusu olub.

 

Qeyd edək ki, 5 oyundan sonra 4 qələbə qazanan millimiz 12 xalla qrupda 2-ci pillədə qərarlaşıb.