09:33 04-06-2018
news_image
409
TOP OYUNLARI

NBA: "Qolden Steyt" seriyadakı üstünlüyünü artırdı - VİDEO

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında final seriyası davam edir. Apasport.az saytının məlumatına görə, seriyanın ikinci görüşü keçirilib.

 

“Qolden Steyt Vorriors” “Klivlend Kavalyers”i qəbul edib. Stefen Körrinin 9 üçlük ataraq, NBA final seriyaları tarixinin üçlük rekordunu qırdığı matç son çempionun qələbəsi ilə yekunlaşıb. Bununla da, “Qolden Steyt” seriyadakı üstünlüyünü bir qədər də artırıb – 2:0.

 

NBA

 

Final seriyası (2-ci oyun)

 

“Qolden Steyt Vorriors” – “Klivlend Kavalyers” – 122:103

 

“Qolden Steyt”: Körri (33 xal, 8 assist, 7 ribaund, 1 top oğurlama), Durant (26 xal, 9 ribaund, 7 assist, 2 blok)

 

“Klivlend”: Ceyms (29 xal, 13 assist, 9 ribaund, 2 top oğurlama), Lav (22 xal, 10 ribaund, 1 assist, 2 top oğurlama, 1 blok)

 

Seriyada hesab – 2:0 (“Qolden Steyt”)