12:43 04-06-2018
news_image
242
TOP OYUNLARI

“Çelenc Trofi”: 8 yığma arasında 7-ci olduq

Bosniya və Herseqovinada qadın həndbolçular arasında “Çelenc Trofi” başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının 16 il öncə qalibi olduğu yarışa dönüşü uğursuz alınıb.

 

Belə ki, qrupu sonuncu pillədə başa vuran həndbolçularımız təsəlliverici görüşdə Moldova ilə üz-üzə gəlib. Bu matç komandamızın ardıcıl 4-cü məğlubiyyəti olub. Yığmamız 22:32 (18:9) hesabı ilə uduzub.

 

Nəticədə 2000-2001 təvəllüdlü idmançılardan təşkil olunan komandamız sonuncu olmamaq üçün Böyük Britaniya ilə qarşılaşıb. Vladimir Korotkinin yetirmələri qrupda uduzduğu rəqibə bu dəfə qalib gəlməyi bacarıb – 28:22 (14:10).

 

Beləliklə, ən zəiflərin qatıldığı yarışda millimiz 8 komanda arasında 7-ci yeri tutub.  

 

“Çelenc Trofi”nin qalibi adına Bosniya və Herseqovina yiyələnib. Onlar finalda Belçikanı 28:27 hesabı ilə məğlub ediblər. “Üçlüy”ü isə Lüksemburq qapayıb.