10:46 05-06-2018
news_image
404
TOP OYUNLARI

Ukrayna – Azərbaycan oyununun hakimi dəqiqləşdi

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasının qrup mərhələsinin sonuncu turunun hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, VI tur çərçivəsində keçiriləcək Ukrayna – Azərbaycan oyunu çexiyalı Yan Krtiçkaya həvalə edilib.

 

Sabah İvano-Frankovsk şəhərində baş tutacaq qarşılaşmada ikinci hakim funksiyasını isə ukraynalı Andrey Kovalçuk yerinə yetirəcək.

 

Qeyd edək ki, şəhərin Bədən Tərbiyəsi Kollecinin idman zalında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.