14:02 05-06-2018
news_image
1151
TOP OYUNLARI

Ukrayna səfərində nəyə ümid edək? - AFİŞA

Sabah qadın voleybolçular arasında Qızıl Avropa Liqasında qrup mərhələsinin oyunları başa çatacaq. Apasport.az saytının məlumatına görə, VI tur çərçivəsində 3 qrupda baş tutacaq 6 qarşılaşmasının nəticəsinə əsasən yarımfinala yüksələcək bütün yığmaların adlarına aydınlıq gələcək.

 

A qrupunda mübarizə aparacaq Azərbaycan yığması sonuncu görüşünü Ukraynaya qarşı keçirəcək. İvano-Frankovskdə keçiriləcək görüşdə qələbə komandamız üçün vacibdi. Çünki Bolqarıstandan set fərqinə görə geri qalan yığmamız mərhələ adlamaq üçün xal itirməməlidi. Bu, ən pis halda ən yaxşı ikinci olmağımızı rəsmiləşdirəcək. Yəni hər şey öz əlimizdədi.

 

Düzdür, rəqib təzyiq altında olmayacaq. Artıq yarımfinal arzusunu dəfn edən ukraynalılar xal ehtiyatlarını artırmağa çalışacaqlar. Ancaq voleybolçularımız Bakıda olduğu kimi, yenə 3 xal arzusundadı. Komandamız istəyinə çatacağı halda, qrup birincisi də ola bilər. Lakin bunun üçün qrupumuzun lideri autsayder Portuqaliya ilə görüşdə xal itirməlidi. Bu, inandırıcı görünməsə də, mümkünsüz deyil.

 

Bütün bunlara baxmayaraq, millimizin yarımfinal şansı yüksəkdi. C qrupunda Çexiya qrup birinciliyini təmin etdiyi halda, ikinci yerdə qərarlaşan Belarus yığmamıza çata bilməyəcək. Çünki komandamız 12, onlar isə 7 xala malikdi. Bu səbəbdən də belaruslular son turda Çexiyaya qalib gələrlərsə, heç nə dəyişməyəcək.

 

Deməli, əsas mübarizə A və B qrupları arasında gedəcək. Burda da Macarıstanın “Dördlər finalı”nda ev sahibi kimi iştirakını nəzərə alsaq, ən yaxşı ikinci yer uğrunda rəqibimiz Finlandiya olacaq. Macarlarla oynayacaq bu komanda qalib gələcəyi halda, Ukrayna ilə matçın nəticəsindən asılı olmayaraq, mərhələ adlayacağıq. Əgər 12 xala malik finlər macarlardan 2 set alarlarsa, bizim üçün qələbə vacib olacaq. 10 xalı olan Macarıstan 3 xala yiyələnməklə qrup liderliyinə yüksələcəyi halda da bizə xal lazımdı. Hər halda görüşün Budapeştdə keçiriləcəyini nəzərə alsaq, ev sahibləri şanslıdı.

 

Bu qrupda Finlandiya 3:0 və ya 3:1 hesabı ilə qalib gələrsə və digər görüşdə Xorvatiya Fransadan 3 xal alarsa, macarlar 3-cü pilləyə də yuvarlana bilərlər. Belədə hələlik aktivində 8 xal olan xorvatların da bizə çatması mümkünsüzdü.

 

Qeyd edək ki, bu görüşə də komandamızı Famil Ağayev çıxaracaq. Çünki baş məşqçi Faiq Qarayev Türkiyədə müalicəsini davam etdirir.

 

6 iyun

VI tur

18:00. Ukrayna – Azərbaycan

Hakimlər: Yan Krtiçka (Çexiya), Andrey Kovalçuk (Ukrayna)

İvano-Frankovsk, Bədən Tərbiyəsi Kollecinin idman zalı

 

Ukrayna: 4. Alla Politanska, 14. Lyudmila Osaçuk, 17. Aleksandra Peretyatko, 2. Diana Karpets, 9. Yuliya Qerasimova, 12. Anastasiya Karasova, 3. İrina Truşkina, 1. Katerina Kalçenko, 5. Karina Denisova, 8. Anastasiya Krayduba, 10. Anna Kiriçenko, 11. Anna Stepanyuk, 16. Nadejda Kodola, 6. Kristina Nemtseva.

 

Azərbaycan: 18. Şəfaqət Alışanova, 2. Yana Əzimova, 14. Kristina Yaqubova, 15. Aynur İmanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 7. Olena Həsənova, 5. Odina Bayramova, 8. Yelizaveta Səmədova, 11. Katerina Jidkova, 20. Marqarita Əzizova, 1. Ceyran İmanova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova.

 

19:00. Portuqaliya – Bolqarıstan

Matozinyuş, İdman və Konqres Mərkəzi

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Bolqarıstan

5

4

1

13-5

436-372

12

2

Azərbaycan

5

4

1

13-7

469-420

12

3

Ukrayna

5

2

3

8-10

411-411

6

4

Portuqaliya

5

0

5

3-15

333-446

0