23:00 06-06-2018
news_image
598
DÇ-2018

Mundial iştirakçıları məğlub oldu

Dünya çempionatının iştirakçılarından olan Panama yığması yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, mundialın autsayderinin rəqibi Norveç olub.

Osloda baş tutan qarşılaşma ev sahiblərinin minimalhesablı qələbəsi ilə nəticələnib. Belə ki, Coşua Kinqin 4-cü dəqiqədə vurduğu qol yeganə olub və Panama məğlubiyyətlə barışıb – 0:1.

Bu gün keçirilən digər yoldaşlıq görüşündə mundialın daha bir iştirakçısı Nigeriya Çexiyaya yenilib. Bu matçda isə Tomas Kalaşın 25-ci dəqiqədə vurduğu yeganə qol çexlərə qələbə qazandırıb.