09:15 07-06-2018
news_image
443
TOP OYUNLARI

Ukrayna – Azərbaycan: Kim neçə xal topladı?

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasının VI turu çərçivəsində keçirilən Ukrayna – Azərbaycan oyununun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, 82 dəqiqə davam edən və yığmamızın 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın ən yaxşısı adına Nadejda Kodola yiyələnib.

 

Ukraynalı oyunçu 16 xal toplamaqla həm ən yaxşı hücumçu, həm bombardir, həm də ən yaxşı top qəbuledici seçilib. Kodola bu xallardan 15-ni məhz hücumda qazanıb. Onun komanda yoldaşı Karina Denisova topu oyuna ən yaxşı daxil edən olub. Voleybolçunun 2 servisi yığmasına xal qazandırıb.

 

Ən yaxşı blokçu adına isə Olena Həsənova sahib olub. Voleybolçumuz 7 dəfə rəqib hücumunun qarşısını məharətlə alıb. O, ümumilikdə 10 xal qazanıb.

 

Digər voleybolçularımıza gəlincə, Yelizaveta Səmədova 14, Katerina Jidkova 12, Odina Bayramova 11, Aynur İmanova 7, Marqarita Əzizova 2 və Yana Əzimova 1 xal toplayıb.

 

Qeyd edək ki, qrupda set fərqinə ikinci yeri tutan yığmamız Qızıl Avropa Liqası ilə vidalaşıb.