09:52 07-06-2018
news_image
358
TOP OYUNLARI

NBA: "Qolden Steyt" çempionluğun bir addımlığında - VİDEO

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında final seriyası davam edir. Apasport.az saytının məlumatına görə, final seriyasında üçüncü görüş keçirilib.

“Klivlend Kavalyers” “Qolden Steyt Vorriors”u qəbul edib. Ev sahibləri oyuna yaxşı başlasalar da, son iki periodda üstünlüyü ələ alan "Qolden Steyt" matçdan qalib ayrılaraq, seriyadakı üçüncü qələbəni aktivinə yazdırıb.

NBA

Final seriyası (3-cü oyun)

“Klivlend Kavalyers” – “Qolden Steyt Vorriors” – 102:110

“Klivlend”: Ceyms (33 xal, 11 assist, 10 ribaund, 2 top oğurlama, 2 blok), Lav (20 xal, 13 ribaund, 3 assist, 1 top oğurlama)

“Qolden Steyt”: Durant (43 xal, 13 ribaund, 7 assist, 1 top oğurlama), Körri (11 xal, 6 assist, 5 ribaund, 1 top oğurlama)

Seriyada hesab – 3:0 (“Qolden Steyt”)

"Qolden Steyt"in NBA çempionluğunu rəsmiləşdirməsi üçün daha bir qələbəyə ehtiyacı var.