14:12 05-06-2008
news_image
509
DİGƏR NÖVLƏR

Azərbaycan boksçuları olimpiya çempionunun xatirəsinə həsr olunan turnirə qatılacaqlar

Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın boks üzrə milli komandası iyunun 19-da Rusiyanın paytaxtı Moskvada start götürəcək beynəlxalq turnirə qatılacaq. Bu haqda “APA-Sport” agentliyinə yığmanın baş məşqçisi Nəriman Abdullayev məlumat verib. Onun sözlərinə görə, olimpiya, 6 dəfə SSRİ, iki dəfə Avropa çempionu Valeri Popençenkonun xatirəsinə həsr edilən yarışda 4 boksçumuz mübarizə aparacaq. Moskvaya yollanacaq heyətdə Pekin Olimpiadasına lisenziya qazanan Şahin İmranovla (57 kq) yanaşı, Rəhim Nəcəfov (54 kq) Fərhad Acalov (64 kq), Emil Məhərrəmov (69 kq), Zaur Teymurov (81 kq) və Azər Məmmədov (91 kq) yer alacaqlar. İkinci dəfə təşkil olunacaq turnirə iyunun 22-də keçiriləcək final döyüşləri ilə yekun vurulacaq.