15:19 05-06-2008
news_image
649
DİGƏR NÖVLƏR

Azərbaycan İstanbulda keçiriləcək turnirdə dörd boksçu ilə təmsil olunacaq

Bakı. Kənan Həsənov - APA-Sport. İyunun 9-da Türkiyənin İstanbul şəhərində Əhməd Comərtin xatirəsinə həsr olunan beynəlxalq boks turniri start götürəcək. “APA-Sport” agentliyinin milli komandanın baş məşqçisi Nəriman Abdullayevə istinadən verdiyi məlumata görə, ənənəvi xarakter daşıyan yarışa Azərbaycan boksçuları da qatılacaqlar. İstanbula gənclərdən ibarət yığmamızın 4 üzvünün ezam edilməsi planlaşdırılıb. İyunun 15-də başa çatacaq turnirdə İlkin Ağayev (54 kq), Famil Süleymanov (60 kq), Sadiq Eynullayev (64 kq) və Hafiz Süleymanov (81 kq) mübarizə aparacaq.