17:42 08-06-2018
news_image
344
DİGƏR NÖVLƏR

"Rolan Qarros": İlk kişi finalçının adına aydınlıq gəldi

Mövsümün ikinci “Böyük dəbilqə” seriyalı turniri “Rolan Qarros” davam edir. Apasport.az saytının məlumatına görə, kişilərin mübarizəsində ilk finalçı müəyyənləşib.

Marko Çekkinato Dominik Timlə qarşılaşıb. Turnirin gedişində Karreno Busta, David Qoffin və Novak Cokoviç kimi tennisçiləri mübarizədən kənarlaşdıraraq diqqətləri üzərinə çəkən italiyalı raketka ustasına qarşı xüsusilə də ilk iki setdə çətinlik çəkən Tim, buna baxmayaraq, sonda 2 saat 19 dəqiqə davam edən oyundan qalib ayrılmağı bacarıb.

 

Rolan Qarros

Kişilər

Yarımfinal

Marko Çekkinato (İtaliya) – Dominik Tim (Avstriya) – 0:3 (5:7, 6:7, 1:6)

 

Beləliklə, Tim karyerası ərzində ilk dəfə “Böyük dəbilqə” seriyalı turnirdə finala yüksəlib. Onun həlledici görüşdəki rəqibi bir az sonra başlayacaq Rafael Nadal – Xuan Martin Del Potro oyununun qalibi olacaq.