
13:02
DÇ-2018-ə hazırlaşan milli komandaların iştirakı ilə yoxlama oyunları davam edir. Apasport.az saytının məlumatına görə, Xorvatiya yığması Seneqalla görüşdə qüvvəsini sınayıb.
Qarşılaşmada hesabı afrikalıları açıb. İsmayıl Sarr seneqallıları önə çıxarıb.
Lakin xorvatiyalılar 2 qol vuraraq əzmkar qələbə qazanıblar. Balkanlıların heyətində Andrey kramariç və İvan Perişiç fərqlənib.