
15:44
DÇ-2018-də iştirak edəcək İsveçrə və Yaponiya milli komandaları yoxlama oyununda üz-üzə gəliblər. Apasport.az saytının məlumatına görə, qarşılaşma Avropa təmsilçisinin qələbəsi ilə başa çatıb.
İsveçrəlilər hər hissədə vurulan 1 qolla qalib gəliblər – 2:0. 42-ci dəqiqədə Rikardo Rodriges penaltidən dəqiq istifadə edib. 82-ci dəqiqədə isə Haris Seferoviç asiyalıların qapısına yol tapıb.