01:03 09-06-2018
news_image
673
FUTBOL

Çili məğlubiyyətdən qaçdı - VİDEO

Polşa millisi DÇ-2018-ə hazırlıq çərçivəsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, onların rəqibi mundialdan kənar qalan Cənubi Amerika çempionu Çili olub.

 

Gərgin mübarizədə keçən məhsuldar heç-heçəylə nəticələnib – 2:2. Düzdü, polşalılar Robert Levandovskinin 30-cu və Pyotr Zelinskinin 34-cü dəqiqədəki qolları ilə böyük üstünlük qazanıb.

 

İkinci qola 38-ci dəqiqədə Dieqo Valdeslə erkən cavab verən çilililər fasilədən sonra bərabərlik topunu da vurub. 56-cı dəqiqədə Miko Albornoz fərqlənib.