14:21 11-06-2018
news_image
498
TOP OYUNLARI

Polina Rəhimova İtaliyaya müqavilə bağlamağa yollandı

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimovanın karyerasını İtaliyada davam etdirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçu bu məqsədlə Apennin yarımadasına da yollanıb.

 

Onun bu həftə A seriyasında mübarizə aparan “Kazalmadjore” ilə rəsmi müqaviləyə imza atacağı bildirilir. Rəhimova artıq sosial şəbəkələrdəki hesabından “Salam, İtaliya” paylaşımını da edib.

 

Qeyd edək ki, Rəhimova son mövsümü Türkiyə “Fənərbaxça”sında keçirib.