22:33 12-06-2018
news_image
896
FUTBOL

Polşadan darmadağın - VİDEO

DÇ-2018-ə hazırlaşan Polşa millisi yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, mundial iştirakçısının rəqibi Litva olub.

 

Polşalılar bu qarşılaşmadan böyükhesablı qələbə ilə ayrılıb – 4:0. Varşavadakı darmadağın Robert Levandovskinin dublu ilə əlamətdar olub.

 

Digər qollara David Kovnatski və Yakub Blaşikovski imza atıb. Sonuncu penalti zərbəsindən fərqlənib.

 

Qeyd edək ki, Polşa mundialın qrup mərhələsində Seneqal, Kolumbiya və Yaponiya ilə mübarizə aparacaq.