09:29 13-06-2018
news_image
1112
TOP OYUNLARI

Azərbaycan çempionu Ukrayna klubu ilə müqaviləni yenilədi

Azərbaycan millisinin sabiq voleybolçusu Vasif Talıbov karyerasını Ukraynada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 45 yaşlı mütəxəssis “Vinnitsa” klubu ilə sözləşməsini yeniləyib.

Talıbov 1 illik müqaviləyə imza atıb.

Həmyerlimiz ötən ildən bu komandanın baş məşqçisidi. Kişi voleybolçulardan ibarət “Vinnitsa” onun rəhbərliyi altında Yüksək Liqanın 2017/2018 mövsümündə 5-ci yeri tutub.

Qeyd edək ki, Talıbov Ukraynaya “Telekom”dan yollanmışdı. O, 2013-cü ildən çalışdığı Bakı klubu ilə Azərbaycan çempionu tituluna da yiyələnib.