16:50 13-06-2018
news_image
1140
TOP OYUNLARI

“Sumqayıt” “Şaxtyor”un futbolçusu ilə anlaşdı

2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini rəsmiləşdirib. Apasport.az klubun saytına istinadən məlumat verir ki, “Gənclik şəhəri” təmsilçisi Donetsk “Şaxtyor”unun üzvü Murad Xaçayevi 1 illik icarəyə götürüb.

 
Qeyd edək ki, Ukrayna klubun əvəzedici komandasının formasını geyinən 20 yaşlı futbolçu U-21 millimizin şərəfini qoruyur.